Fars milləti ya fars devlətçiliyi, hankısı?

Yunis Şamili
 Sorulara cavab

Əzizim Bəhman Safari
sizin verdiyiniz suallara yuxarıda yaydığım yazılarda toxunmuşam. Burada sizin suallarınızın cavabi olaraq bir neçe cümlədə artırıram.

 Sual:

Yazırsınız ki, İran devletinin iç sömürgeci siyaseti hanki milletin əliile dolanır ? Geçmiş şahin devrindede hakimiyet hanki qoomun (etnikin) əlindeydi ?

 

Cavab:
İran devlətinin sömürgeçi siyasəti heç bir millətin eli idə gərçekləşməyib, bu siyaasət sistemin bir tərəfdən yönəlmiş kamo oyu (əfkare umumi) və bir başqa tərəfdən bu sistemin xidmətində olan adamların (Anlamazlar, asimilələr ve meenfeetçilər) əli ilə gərçəkləşmişdir. Həm şah zamani və həm indiki iqtidarda türklərin az rolu olmamışdır. Şah zamanının jenerallarının bir çoxu türk idilər, ve çoxlu önəmli postlardada türklər (asimilə türklər) o sistemin xidmetində idilər…

 

Xumeyni gələndədə onun siyasətlərin gərçəkləşməsində yalnız fars milləti yox, birtərəfdən yönəlmiş kamo oyu (əfkare umumi) və bir tərəfdəndə adın çəkdiyim kəsimlər (mənfəətçilər, cahillər, asimilələr, dinçilər) islam cumhurusunun ayaqda saxlamasında ciddi rol oynamışdırlar. farslar, türklər, ərəblər, kurdlər´də bu rejimin ayaqda qalmasında payları olmuşdur.

 

Bizim özümüzunkunə baxırsaq, xomeyninin birinci aşamada devlət quranda ən önəmli şəxslər Mehdi bazərqan, Huseyin Musəvi, Əbdulkərim Ərdəbili, Xəlxali ve bir çoxlari bu sistemin xidmətində olmuşdurlar. Hətta indi belə iraniın milli güvənlik şurasının rəisi Şəmxani adında bir ərəbdir, iran devlətinin başında oturan Əli Xamneyi bir türk kökənlidir.

 

Əgərsə yalnız farslar bu iqtidari saxlayırlar, 200 min siyasi ünsürlərin eedamınında farsların payı nədir? bu 200 min eedam olanlarin ve sonra keçən 30 ilde zindada ve işkəncəyə məəruz qalanlarda farsların payı yox mu?

 

Bu düzdür ki iran devlətinın etnik tipolojusu farsdır. Amma bu o anlama gəlməz ki farslar həmən iran devletidir! Bu çox yalnış vət hətta ırqıçılıq baxış açısıdır ki farslarla iran devletini bir cinsdən bilsin. kəçən 30 ildədə bu rejimlə moxaliflərin bir coxu farslardan təşkil olmuşdur.

 

Ona gore iran devətin həmen fars milləti bilmək dərin yalnışlıqa yol açır və hətta bu baxış açısı türk milli- demokratik hərəkatına ciddi ziyanlar vurur. Bu ziyanların haqqında yaydığım yazılarda yazmışam.

 

Sual:

Yazırsınız ki: İstiqlal isteyən milləti fars devləti öz basqisinin altında saxlayir…

 

Cavab:
Siz burada hanki ”istiqlal isteyən millət”dən danışırsınız? Türk milləti harada istiqlal istəyibdir? Hanki refrandomda? hanki seçimdə? İranda ve Güney Azərbaycanda türk aktivistlərinin bir kesimi istiqlal düşüncəsi daşıyırlar, hamısı yox. Millətimizin fikirinidə kimsə bilməyir. yalnız demək olur ki bugün bizim millətimiz istiqlal fikirində deyir.

 

İran devləti yalnız Azərbaycanda istiqlalçı kesimə basqı yapmır, bəlkə hər bir özgürluyə çalışan insanı (türk, fars,kurd, ərəb, bəluç və…) basqıya məəruz qoyur.

 

siyasi tərmlərə ve işlətdiyiniz qavramlara diqqətlə düşünməlisiniz, yoxsa həm gərçəkçi olmaz həmdə xalqımızın hərəkatına ziyan verir…

 

Umuram ki mənim bu qıssa izaahaatım sizin sorularınıza yetərli cavab olmuş olsun…

20180121

Bu əlaqədə olan yazılar:

سکوت درقبال اعتراضات اخیر سیاستی در ضدیت با دمکراتیسم است

http://shameli.blogg.se/2018/january/entry-2.html

شیوه برخورد جنبشهای ملی با بخشهای مختلف منتسب به ملت فارس کدام است

http://shameli.blogg.se/2013/november/entry-2.html




Namn:
Kom ihåg mig?

E-postadress: (publiceras ej)

URL/Bloggadress:

Kommentar:

RSS 2.0