اوچونجو یول، گونئی آزربایجانین چیخیش یولو، نه دئمکدیر؟


من گونئی آزربایجاندا اوچ فیکیر، و او اساسدا مووجود اوج سیاسی آخیندان سؤز آچمیشام:
۱.»ایرانچیلیق» مفکوره سین داشییانلار (یانی، آزربیاجانی یوخ ایرانی اؤزلرینه وطن بیلیرلر، میللی کیملیکلرین تورک یوخ، آذری تانیتدیریلار، دیللرین تورکجه یوخ آذریجه آدلاندیریرلار و...)
۲.»تورکچولوک و آذربایجانچیلیق» اساسیندا موباریزئ آپاریلیر، اما گونئی آزربایجان مسئلهلری ایله چوخ حیسسی و اسبی یاناشیرلیر و فیکیر گؤرونتولری، بوتؤوچولوک، تورانچیلیق، و ایستیقلالیت (هم ایستراتئژی همده تاکتیک کیمی) گؤزه چارپیر. بو فیکیر صاحبلری حیسسی داوراندیغلاری اوچون گونئی آزربایجانین میللی دئموکراتیک حرکاتیندا قیسسا، آرا و اوزون وادیلی ایستراتئژیسی ایله ایلگیلنمیرلر، بو فیکیری داشییانلار دیل باخیمیندان شیدت، حیسس باخیمیندان اسبی، باشقا میللتلره خور باخیشلی و نیفرت یایماقدادیرلار، حتی بو فیکری آخینا باغلی اولانلار حرکاتیمیزین ایچینده بیر -بیرینه قارشی شیددت و تخریبات آپاریرلار و...
۳. اوچونجو یول ایسه، «دئموکراتیک تورکچولوک و مودئرن آزربایجانچیلیق اساسیندا برپا اولموشدور، (یعنی تورکچولویو ایرقچی باخیشیندان آیری توتماق و مودرن آزربایجانچیلیقلا آزربایجان دولت چیلیینه اینانما، اما او دئولتی گونئی آذربایجاندا تورکلرین دئولتی یوخ، بلکه آزربایجاندا یاشایان وطنداشلارین ( تورک و غیر تورکلرین)، دئولتی دیه قورولمالیدیر.
بو دوشونجه شیوهسینده حیسس لره یوخ، بلکه عقلانیته (راسیونالیزمه) دایانیلمالیدیر، عصبی رفتارا یوخ، آنلاییش اساسیندا ایشلر آپاریلمالیدیر، شیددت دیلی یوخ، بلکه دموکراتیک و صلح سئور دیلل قونلانیلمالیدیر.
«اوچونجو یول» آنلاییشیندا، گونئی آزربایجانین بوگونکو پروبلئملری، قیسسا مدتلی ایستراتژیسی جدی آلینمالیدیر. بو معنادا کی گونئی آزربایجاندا وئریلهن اسلوقانلار (شعارلار) مثبت، جلب ائدیجی و سمپاتیک اولمالیدر بو واسیطه ایله حرکاتیمیز آنتیپاتیک اسلوقانلاردان اوزاق گزمهلیدیر. بو شیوه دوشونجه نمونه اولاراق "آنا دیلینده تحصیل آلماق حاقی" ایله "ایستیقلالیت" اسلوقانلارینین رولونو بو ساحهده آنالیز ائتمک اولور. نمونه اولاراق اؤزوموزدن سورمالییق کی، حرکاتیمیزین اسلوقانی "آنا دیلینده تحصیل آلماق حاقی" اولورسا مثبت و سمپاتیک بیر ائتگیسی اولاجاق می، یوخسا "ایستیقلالیت" اسلوقانی می؟ بورادا ایستیقلالیئت و یا فئدئرالیزم فیکیرلئری سؤز قونوسی دئییر. بلکه بو شیوهده دوشونمک، مئتود اولاراق اله آلینیبدیر.
گونئی آزربایجاندا گئدهن میللی دئموکراتیک حرکات، بوگون ان چوخ خالقیمیز آراسیندا گنیش واسطهده یاییلماسی، میللی -مدنی آیدینلیغین خالقیمیز آراسیندا آرتماسی، او سوییهده آرتماسی کی، بیر سیاسی و مدنی گوج کیمی میدانا چیخابیلسین، میللی دئموکراتیک فیکر خالقیمیزین آراسیندا ائله یاییلسین کی حتی قونشو خالقلاردا، اونو گؤزدن آتابیلمهسینلر. بو حرکاتین اساس گوجو، دموکراتیک حاقلار، میللتیمیز اؤز موقدراتینی تعیین ائتمه حاقی و بو یولدا صلح پرور دیل و ادبیاتا دایاناراق گئنیشدیریلمهلیدیر. بوگون بیزیم حرکاتیمیزین لازیمی گوجو حتی ان کیچیک ایستیینده الده ائتمه سینه ده یوخدور. بیزیم هامیمیزین اؤنونده دوران بیر گئنیش سوال بودور کی: گونئی آزربایجاندا بو دورقونلوغون سببلری ندیر؟
من یم «اوچونجو یول» عنوانی ایله دانیشمامدا یوخاریدا ایضاح ائتدییم یوللار و فیکیرلری قیسسا اولورسادا آنالیز ائتمیشم، و اورادا بیرینجی و ایکینجی فیکری گونئی آزربایجاندا دومینانت ( اوستون) اولماسین گؤسترمیشم، حال بو کی «اوچونجو یولون» گونئی آزربایجانین حرکاتین دا دومینانت اولماسینی بیزیم خالقین میللی ماراقلارین تامین اولماسیندا داها اویقون و داها اولوملو گؤرورم.
بو قونو البتده کی چوخ اوزون دانیشمالی بیر قونودور، بیر نئچه صحیفه و یا بیر ایکی ساعت دانیشماق ایله بو قونو سونا چاتان قونو دئییر. من بو دانیشیقلا لازیمی ماراتون موباحیثهسینه بیر ایشیق ساچمانی دوشونموشهم. البتده کی بو قونونو اؤنملی گؤرهن و اؤنملی بیلهن اینسانلاریمیز بو ساحهده داهادا گئنیش و درین آنالیزلرینی خالقیمیزدان اسیرگه مزلر.
بوگون گونئی آزربایجاندا گئدهن سیاسی و مدهنی حرکت ضعیفلهمکدهدیر. ائلبیر ضعیفله مه کی، او حرکاتی دورقونلوق (رکود) شرایطینیه چاتدیرمیشدیر. بیز هامیمیز بو سورونون قارشیسیندا سوروملویوق کی، "گونئی آزربایجاندان گئدهن میللی دموکراتیک حرکاتین زضعیف له مه سببلری نه دیر؟" بیز هر بیریمیز "میللی دئموکراتیک حرکاتین پاتالوژییاسین آراشریر ماقدا سوروملولویوق.
منیم بو دانیشیغیم، آدین چدییم سوروملولوق اساسیندا میدانا چیخمیشدیر و البته چالیشاجایا بو قونونون فرقلی یؤنلرین آچیسنیدان یازی و ویدئو کلیپ واسیطه سی ایله حرکاتیمیزا عکس ائتدیریم.
20150102
آلمانییانین کؤلن شهریندا برپا اولان سمینادا:
اوچونجو یول،
گونی آذربایجاندا میللی دموکراتیک حرکاتینین چیخیش یولو
http://shaməli.blogg.sə/2014/dəcəmbər/əntry.html
Üçüncü yol, Güney Azərbaycanın çıxış yolu, nə deməkdir?
Yunus Şamili
Mənim Köln Şəhərində 21 azər munasibəti ilə bərpa olan seminardaki danışığım kimsələrə çox düzgün və kimsələrə ağır və lazim olmuyan bir mubahisə kimi gəlməkdədir. Hətta bəəzi yalnış anlamalarda ikinci düşüncənin formalaşmasında meydana çıxmışdır. Buna görə, qissaca “ücüncü yol” ünvani ilə danışığıma bəəzi izahları artırmaın lazim görürəm. Əlbətdə cox yadındır ki bu qonu gəniş dəyərləndirməyə ehtiyaci vardır.
Mən Güney Azərbyadanda üç fikir, və o əsasda movcud üc siyasi axından söz açmışam:
1.”irançılıq” məfkuresin daşıyanlar (yani, Azərbyacani yox irani özlərinə vətən bilirlər, milli kimliklərin Türk yox, Azəri tanıtdırılar, dillərin Türkcə yox Azəricə adlandırırlar və...)
2.”Türkçülük və Azərbaycançılıq” əsasında mobarize aparılır, amma Güney Azərbaycan məsələləri ilə çox hissi və əsəbi yanaşırlır və fikir görüntüləri, bütövçülük, turançılıq, və istiqlaliyət (həm istratej həmde taktik kimi) gözə çarpır. Bu fikir sahibləri hissi davrandığları üçün Güney Azərbaycanin milli demokratik hərəkatında qıssa, ara və uzun vadili istratejisi ilə ilgilənmirlər, Bu fikiri daşıyanlar dil baxımından şidət, hiss baxımından əsəbi, başqa millətlərə xor baxışli və nifrət yaymaqdadırlar, hətta bu fikri axına bağli olanlar hərəkatımızın içində bir -birinə qarşi şiddət və təxribat aparırlar və...
3. üçüncü yol isə, “DemokratikTürkçülük və modern Azərbaycançılıq əsasında bərpa olmüşdur, (yani türkçülüyü irqçı baxışından ayri tutma və modərn Azərbaycançılıqla Azərbaycan dəvləçiliyinə inanma, amma o devləti güney azərbaycanda türklərin devləti yox, bəlkə Azərbyacanda yaşayan vətəndaşların )türk və qəyri türklərin(, devləti deyə əsasında qurulmalıdır.
Bu düşüncə şivəsində hisslərə yox bəlkə əqlaniyətə (rasiyonalizmə) dayanmalı, əsəbi rəftara yox, anlayış əsasında işlərin aparılması, şiddət dili yox, bəlkə dəmokratik və sülh sevər dill qunlanılmalıdır.
“Üçüncü yol” anlayışında, Güney Azərbaycanın bugünkü problemləri, qissa müddətli istratəjisi ciddi alınmalıdir. Bu məənada ki Güney Azərbaycanda vərilən sloqanlar (şuarlar) müsbət, cəlb edici və səmpatik olmalıdr. Bu vasite ile hərəkatımız antipatik sloqanlardan uzaq gəzməlidir. Bun şivə düşünceye numune olaraq "Ana dilində təhsil alma haqı" ilə "istiqlaliyət" solqanlarının rolunu bu sahədə analız etmek olur. Nümunə olaraq özümüzden sormalıyıq ki, hərəkatımızın sloqanı "Ana dilində təhsil alma haqı" olursa müsbət ve sempatik bir etgisi olacaq mi yoxsa "istiqlaliyət" sloqani? Burada istiqlaliyet ve ya federalizm fikirleri söz qonusi deyir. Bəlkə bu şivədə düşünmək, metod olaraq ələ alınıbdır.
Günəy Azərbaycanda gədən milli dəmokratik hərəkat, bugün ən çox xalqımız arasında gəniş vasitədə yayılması, milli -mədən aydınlığın xalqımız arasında artması, o səviyədə artması ki, bir siyasi və mədəni güc kimi məydana çıxabilsin, Milli dəmoratik fikr xalqımızın arasında elə yayılsın ki hətta qonşu xalqlarda, onu gözdən atabilməsinlər. Bu hərəkatın əsas gücü, dəmokratik haqlar, millətimiz öz müqədəratını təəin ətmə haqı və bu yolda sülh pərvərlik dil və ədəbiyata dayanaraq genişdirilməlidir. Bugün bizim hərəkatımızın lazimi gücü hətta ən kiçik istəyində əldə etməyə yoxdur. Bizim hamımızın önünde duran bir geniş soal budur ki: Güney Azərbaycanda bu durqunluğun səbəbləri nədir?
Menim “üçüncü yol” ünvani ile danışmamda, yuxarıda izah etdiyim yollar ve fikirleri qıssa olursada analız etmişem, ve orada birinci və ikindi fikri Güney Azərbaycanda dominant (üstün) olmasın göstermişem, hal bu ki “üçüncü yolun” Güney Azərbaycanın hərəkatına dominant olmasını bizim xalqın milli maraqların teemin etmesinde daha uyqun və daha olumlu olmasın düşünürəm.
Bu qonu əlbətdə ki çox uzun danışmalı bir qonudur, bir neçə səhifə və ya bir iki saat danışma ilə bu qonu sona çatan qonu deyir. Mən bu danışıqla o lazimi maraton mubahisəsinə bir işiq saçmaya düşünmüşəm. Əlbətdə ki bu qununu önəmli görən və önəmli bilən insanlarımız bu sahədə dahada geniş ve dərin analizlərini xalqımızdan əsirgəmiyəcəklər.
Bügün Güney Azərbaycanda gədən siyasi və mədəni hərəkət zəifləməkdədir. Eləbir zəifleme ki, o hərəkatı durqunluq (rukud) şərayitiniə çatdırmışdır. Biz hamımız bu sorunun qarşısında surumluyuq ki, "Güney Azərbaycandan gədən milli dəmokratik hərəkatın zaifləmə səbəbləri nədir?" Biz hər birimiz "milli dəmokratik hərəkatin patalojiyasın araşdıraqda sorumluyuq.
Mənim bu danışığım, adın çədiyim sorumluluq əsasında məydana çıxmışdır, və əlbetdə çalışaçayam ki bu qonunu fərqli yönlərin açısından yazı ve videokilip vasitesi ilə hərəkatımıza əks etdirim.
Almaniyanin Köln şəhəinda bərpa olan səminada:
Üçüncü yol,
Günəy Azərbaycanda milli dəmokratik hərəkatının çıxış yolu
http://shaməli.blogg.sə/2014/dəcəmbər/əntry.html